Zakir Həsənov iranlı həmkarı ilə görüşdü - Fotolar

zakir-hesenov-iranli-hemkari-ile-gorusdu
Oxunma sayı: 782

İranda rəsmi səfərdə olan Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tehranda İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə görüşüb.

"Qafqazinfo" MN-in saytına istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq memorial önünə əklil qoyub.

Sonra rəsmi qarşılanma mərasimi keçirilib.

İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.