Zakir Həsənov medal verdi- - Fotolar

zakir-hesenov-medal-verdi-
Oxunma sayı: 3255


“Qafqazinfo” xəbər verir ki, nazir hərbi aerodromun uçuş-enmə zolaqları, təyyarələrin döyüşə hazırlığının səviyyəsi və hərbi şəhərciyin vəziyyəti ilə tanış olub.

Z.Həsənov hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə diqqəti daim peşəkarlığın artırılmasına və onun yüksək səviyyədə saxlanılmasına yönəldib. Bir qrup hərbi qulluqçuya medal və qiymətli hədiyyələr təqdim olunub.

Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, aviasiya və hava hücumundan müdafiə ilə bağlı planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.