Müdafiə Nazirliyi Gorədil Hərbi İstirahət Evinin rəisi polkovnik Etibar Qasımov işdən azad edib. Müdafiə naziri general-palkovnik Zakir Həsənov bu barədə əmr imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə Hərbi İstirahət evinin rəisi vəzifəsinə polkovnik-leytenant Ayatxan Hüseynovu təyin edib.
Z.Həsənov Etibar Qasımovun müavini mayor Mobil Yusifovu da vəzifədən azad edərək təqaüdə göndərib. Müavin vəzifəsinə isə hələlik heç kəs təyin olunmayıb.