Zakir Həsənov qərargah rəislərini topladı- - Foto

zakir-hesenov-qerargah-reislerini-topladi-
Oxunma sayı: 2246


“Qafqazinfo”nun Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, toplantıda birlik, birləşmə, hərbi hissə komandirləri və qərargah rəisləri iştirak ediblər.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlər müzakirə edilib.

Müdafiə naziri tərəfindən döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.