Zakir Həsənov rəisi işdən çıxardı

zakir-hesenov-reisi-isden-cixardi
Oxunma sayı: 6291


“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Y.Məmmədov sərəncama göndərilsə də, hələlik ordu sıralarından tərxis olunmayıb. HDQ-nin qərargah rəisi vəzifəsinin icrası isə II dərəcəli kapitan (polkovnik-leytetant) Şahin Məmmədova tapşırılıb. O, eyni zamanda, hələlik HDQ-nin komandanı vəzifəsini icra edəcək.

Qeyd edək ki, cəmi bir neçə gün əvvəl, martın 11-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilmiş, daha sonra həmin vəzifənin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılmışdı.