“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr, o cümlədən Azərbaycan-İtaliya hərbi, hərbi-təhsil sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Campaolo Kutillo da iştirak edib.
Son xəbərlər
Son Xəbərlər