Zakir Həsənov Şoyqu ilə görüşdü - Bakıya dəvət etdi

zakir-hesenov-soyqu-ile-gorusdu-
Oxunma sayı: 1860

MDB ölkələri Müdafiə Nazirləri Şurasının 70-ci iclasında iştirak etmək üçün Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri ilə görüşdən şad olduğunu deyən S.Şoyqu iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Rusiyanın müdafiə naziri hərbi-texniki sahədə əməkdaşlığın strateji xarakter daşıdığını qeyd edib.

Zakir Həsənov Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib, rusiyalı həmkarını Azərbaycana səfərə dəvət edib.