Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
Oxunma sayı: 532

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, başsağlığında deyilir:

“Qardaş Türkiyə Quru Quşunlarına məxsus hərbi helikopterin Bitlisdə qəzaya uğraması nəticəsində yüksək rütbəli hərbi qulluqçuların, xüsusilə də Elazığ 8-ci ordu korpusunun komandiri korpus generalı Osman Erbaşın həlak olması və hərbçilərin yaralanması, Şırnak bölgəsində isə hərbi avtomaşının aşması nəticəsində on bir hərbi qulluqçunun xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır. Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin!”