Zakir Həsənov Türkiyəyə getdi - Foto

zakir-hesenov-turkiyeye-getdi
Oxunma sayı: 1746

Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə yola düşüb.

"Qafqazinfo" xəbər verir ki, Türkiyə milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.