Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov martın 11-də Neftçala rayon prokurorluğunun inzibati binasında görüş keçirib.
Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Z.Qaralov Neftçala, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror və Neftçala rayon İcra Hakimiyyətinin başçısı Heydər Əliyevin abidəsini ziyarət ediblər. Qəbulda Z.Qaralov bölgədə yaşayan 50-ə yaxın vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün göstərişlər verib.
Bundan sonra Zakir Qaralov qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirib. Bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər