Zakir Qaralov Xızıya gedəcək

zakir-qaralov-xiziya-gedecek
Oxunma sayı: 1139

Baş prokuror Zakir Qaralov bir neçə rayonun sakinləri ilə görüşəcək. 

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 29-da saat 11:00-da Xızı rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xızı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.