Zal Yusifovun adı daha bir cinayətdə hallanır

zal-yusifovun-adi-daha-bir-cinayetde-hallanir
Oxunma sayı: 2265


Baş Prokurorluğun yaydığı rəsmi məlumatda qeyd olunur ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Binəqədi rayonunda inşa etdikləri yaşayış binasındakı mənzilin Qazax rayon sakininə satılması barədə müqavilə bağlanmasına baxmayaraq faktiki olaraq həmin mənzili başqa şəxsə satmaqla 22 min 500 ABŞ dolları və 3 min 500 manat məbləğində özgənin pul vəsaitini ələ keçirməkdə, həmçinin vergi bəyannamələrinə yalan məlumatlar daxil etməklə 40 milyon 918 min manat məbləğində pul vəsaitini vergidən yayındırmaqda ittiham olunurlar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən şirkətin “Texnikabank”ın Bakı Filialının sabiq rəhbəri, hazırda həbsdə olan Zal Yusifovla bağlılığı var. Belə ki, “Oba” MTK-nın 2005-2006-cı ildə təsis olunduğu deyilir. Z. Yusifov ilk vaxtlar təsisçilər siyahısına daxil olmasa da, birinci  tikinti şirkətinin 5 faizini, daha sonra isə 13 faiz payını əldə edib və tutulan günə onun tikintidən payı 18 faiz təşkil edib. 

Onun adı MTK-nın payçıları arasında rəsmən yoxdur, ona düşən pay qardaşı Camal Yusifovun adına sənədləşdirilib. MTK-da ondan başqa, Babək Məhərrəmovun 35 faiz (sənədlə Sahib adlı şəxsin adına rəsmiləşdirilib). Digər paylar da isə bir neçə şəxsin adı çəkilir.

Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 213.2.2 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) və maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, “Texnikabank” ASC-nin Bakı filialının keçmiş müdiri Zal Yusifov 2010-cu ildə baş tutan məhkəmə hökmü ilə 15 il azadlıqdan məhrum edilib.