Zalujnı istefa verdi, Zelenski onunla görüşdü

zalujni-istefa-verdi-zelenski-onunla-gorusdu
Oxunma sayı: 3195

Ukrayna Respublika Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rüstəm Umerov məlumat verib.

Bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski Zalujnı ilə görüşüb. Zelenski Zalujnıya iki il Ukraynanı müdafiə etdiyinə görə təşəkkür edib və onunla Ukrayna ordusunun zəruri yenilənməsini müzakirə edib.

Dövlət başçısı eyni zamanda ona komandada qalmağı da təklif edib.