“Zaman” Ərdoğanın fotosu ilə dərc edildi

zaman-erdoganin-fotosu-ile-derc-edildi
Oxunma sayı: 2072

Bazar günü, martın 6-da Türkiyənin “Zaman” qəzeti hökumətyönlü məqalələrlə çapdan çıxıb. Bu, qəzetin hökumət qüvvələri tərəfindən tutulmasından sonra ilk buraxılışı idi.

“Qafqazinfo” azadliq.org-a istinadən xəbər verir ki, qəzetin ilk səhifəsində prezident Rəcəb Tayyib Ərdoğanın şəkli və onun barəsində iki məqalə yer alıb.

Martın 4-də polis qəzetin ofisini zəbt edib. Belə ki, məhkəmə qəzetin inzibatçılar tərəfindən idarə olunması barədə qərar çıxarıb.

“Zaman” Ərdoğanın düşməni sayılan, ABŞ-da yaşayan ilahiyyatçı Fəthullah Gulənlə əlaqələndirilir. Polis Gulən hərəkatına qarşı terrorçuluq ittihamlarını araşdırır, qəzetlə bağlı məhkəmə qərarı da prokurorun xahişilə çıxarılıb.

Martın 5-də İstanbulda 500-də nümayişçi qəzetin zəbtinə etiraz aksiyası keçirib, polis onları gözyaşardıcı qaz, su şırnağıyla dağıdıb.