“Zaminlərlə bağlı məsələ də öz həllini tapacaq

zaminlerle-bagli-mesele-de-oz-hellini-tapacaq
Oxunma sayı: 1286

“Zaminlərlə bağlı məsələ də öz həllini tapacaq”. “Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Rəşad Orucov REAL TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, zaminlərlə bağlı məsələ vətəndaşları narahat edən suallardan biridir: “Hazırda qaydalar üzərində iş gedir. Qaydaların hazırlanması zamanı zaminlərlə bağlı məsələyə də baxılacaq. Ona görə də bu məsələlərə qaydalar hazırlanandan sonra qayıtsaq, daha yaxşı olar”.

 Günel Türksoy