Zaporojye AES-də fəlakət olarsa, hansı ölkələrə təsir edəcək? - Zelenski açıqladı

zaporojye-aes-de-felaket-olarsa-hansi-olkelere-tesir-edecek
Oxunma sayı: 5038

"Əgər Rusiya beynəlxalq ictimaiyyətin tələblərinə tamamilə məhəl qoymamağa davam edərsə, o zaman bu, açıq şəkildə təcili tədbirlərin görülməsinin zəruriliyindən xəbər verir”. 

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O, bütün dünyanı Zaporojye AES ərazisinin atəşə tutulmasının qarşını almaq üçün səfərbər olmağa çağırıb. 

“Zaporojye AES-də istənilən vaxt radiasiya hadisəsi ola bilər. Bu, Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, Gürcüstana və digər ölkələr üçün zərbə ola bilər. Hər şey yalnız küləyin istiqamətindən və gücündən asılıdır. Rusiyanın hərəkətləri nəticəsində fəlakət baş verərsə, fəsadlar həmin ölkələri vura bilər”, - Zelenski vurğulayıb.