Zaporojyedə əhalinin kütləvi təxliyəsinə başlanıldı

zaporojyede-ehalinin-kutlevi-texliyesine-baslanildi
Oxunma sayı: 2700

Rusiya Ukraynanın Zaporojye rayonunda əhalinin sürətlə kütləvi təxliyəsinə başlayıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov sosial media hesabında məlumat verib.

Bildirilib ki, rayonun işğal altındakı bölgələrində qalan əhalinin Berdyanska köçürülməsinə başlanılıb.

Qərarın verilməsinə səbəb cəbhə xəttindəki eskalasiya ilə əlaqədardır.