Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissəsində partlayış olub.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, hazırda vilayətdə hava hücumu ilə bağlı xəbərdarlıq elan edilib.
Lakin yerli rəsmi qurumlar bununla bağlı açıqlama verməyib.
Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasında (AES) terror aktı törətməyi nəzərdən keçirdiyini desə də, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bu iddiaları rədd edib.
Son xəbərlər
Son Xəbərlər