Zaporojyedə təyyarə qəzaya düşdü

zaporojyede-teyyare-qezaya-dusdu
Oxunma sayı: 2125

Ukraynanın Zaporojye vilayətində “An-26” tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Unian” yayıb.

Hadisə vilayətin Volnyansk rayonunda baş verib. Təyyarənin texniki uçuş həyata keçirdiyi bildirilir.

İnsident nəticəsində xəsarət alanların olduğu qeyd olunub. Hazırda hadisənin detalları araşdırılır.