Zaporojyenin müvəqqəti “paytaxt”ı bu şəhər olacaq

zaporojyenin-muveqqeti-paytaxti-bu-seher-olacaq
Oxunma sayı: 2567

“Zaporojye vilayəti region olaraq Rusiyanın tərkibinə daxil olacaq. Regionun paytaxtı isə müvəqqəti olaraq Melitopol şəhəri olacaq”.

“Qafqazinfo” “Pravda.ru”ya istinadən xəbər verir ki, bunu vilayətin Hərbi-mülki Administrasiyasının baş şurasının üzvü Vladimir Roqov deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu vilayətin mərkəzi olan Zaporojye şəhərinə nəzarət etdiyindən müvəqqəti “paytaxt” olaraq Melitopol şəhəri seçilib.

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Bu gün isə Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi keçiriləcək. Mərasim zamanı Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı gözlənilir.

Bununla yanaşı, V.Putin Xerson və Zaporojye vilayətlərinin “müstəqilliyinin” və “suverenliyinin” tanınmasına dair fərman imzalayıb.