“Zapravka”nı partladacağı ilə hədələyib pul tələb etdi

zapravkani-partladacagi-ile-hedeleyib-pul-teleb-etdi
Oxunma sayı: 2310

Gəncə şəhərində naməlum şəxs yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyərək işçidən 300 manat tələb edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, səhər saat 5 radələrində naməlum şəxs şəhərdə yerləşən “Samux Petrol” yanacaqdoldurma məntəqəsinə gələrək orada işləyən Həsən Bağırovu bıçaqla hədələyib və özü ilə gətirdiyi benzini yerə tökərək yanğın törətməklə “zapravka”nı partladacağını deyib. Və işçidən üzərində olan pulu tələb edib.

Lakin H.Bağırov polisə məlumat verib və ona müqavimət göstərib. Bundan sonra naməlum şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə cinayət işi başlanılıb. Həmin adamın şəxsiyyətinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün istintaq davam etdirilir.

Murad Əhməd