Zaqallo, Bekkenbauer və Deşam...

zaqallo-bekkenbauer-ve-desam
Oxunma sayı: 1889

Fransa yığmasının baş məşqçisi Didye Deşam tarixə düşüb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis həm futbolçu, həm məşqçi kimi mundialın qızıl medallarına sahib olan 3-cü şəxsdir.

İndiyə qədər bu nəticəni Mario Zaqallo və Frans Bekkanbauer əldə edib

Zaqallo 1958 və 1962-ci illərdə futbolçu, 1970-ci ildə məşqçi kimi qızıl medallara sahib çıxıb.

Bekkenbauer isə 1974-cü ildə futbolçu, 1990-cı ildə məşqçi kimi mundialın qızıl medallarını qazanıb.