Zaqatalada 1 tondan çox xurma yandı

Zaqatalada 1 tondan çox xurma yandı
Oxunma sayı: 1214

Zaqatalada bir tondan artıq xurma yanıb.

“Qafqazinfo” xəbər verir ki, yanğın hadisəsi rayonun Danacı kəndinda qeydə alınıb. Kənd sakini Əli Abdulla oğlu Coliyev yaşadığı evin həyətyanı sahəsində taxta materialdan tikilmiş köməkçi tikiliyə qurutmaq üçün xurma yığıb və həmin tikilidə bu gün günorta saatlarında yanğın baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və içərisində qurudulmaq üçün yığılmış bir tondan çox xurma yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi