Zaqatalada 150 ədəd fındıq ağacı yandı

zaqatalada-150-eded-findiq-agaci-yandi
Oxunma sayı: 2398

Zaqatalada yanğın qeydə alınıb.
 

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya verilən məlumata görə, Zaqatala rayonu, Çüdülübinə kəndində 7 ha quru ot, kol-kos və vətəndaşa məxsus bağ sahəsində 250 ədəd fındıq ağacının 150 ədədi qismən yanıb.

Fındıq bağı yanğından mühafizə olunub.

Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.