Zaqatalada 25 yaşlı oğlan bıçaqlandı

zaqatalada-25-yasli-oglan-bicaqlandi
Oxunma sayı: 1392

Zaqatalada 37 yaşlı kişi həmkəndlisini bıçaqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Yolayrıc kənd sakinləri - 1983-cü il təvəllüdlü Ramazan Herov oğlu Quziyev ilə 1995-ci il təvəllüdlü Səfər Şaban oğlu Əhmədov arasında mübahisə baş verib. Bu zaman Ramazan Quziyev üzərində olan bıçaqla Səfər Əhmədovun döş qəfəsindən zərbə vurub.

Bıcaq yarası alan Səfər Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 

Mübariz Muradov