Zaqatalada 32 yaşlı kişi qəzada öldü

zaqatalada-32-yasli-kisi-qezada-oldu
Oxunma sayı: 1112

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1987-ci il təvəllüdlü Mehdiyev Ramin Nəsrəddin oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.