Zaqatalada ağır qəza - Yaralılar var

zaqatalada-agir-qeza
Oxunma sayı: 2392

Zaqatalada minik maşını ilə motosiklet toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Muxax-Zəyəm avtomobil yolunda baş verib.

Minik avtomobili və qoşqulu motosikletin toqquşması zamanı motosikletdə olan iki nəfər - rayonun Zəyəm kənd sakinləri - 1988-ci il təvəllüdlü Zülfüqar Rasim oğlu İsayev və 1975-ci il təvəllüdlü Məmməd Oruc oğlu Orucov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov