Zaqatalada avtomobil piyadaları vurdu

zaqatalada-avtomobil-piyadalari-vurdu
Oxunma sayı: 1999

Zaqatalada minik avtomobili üç piyadanı vurub.

"Qafqazinfo" nun məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunda baş verib. 

Belə ki, Şəki rayon sakini, 1997-ci il təvəllüdlü Murad Vüqar oğlu İsayev, Zaqatala rayonu Yeni Suvagil kənd sakinləri 2001-ci il təvəllüdlü Turan Murad oğlu Musayev və 1996-cı il təvəllüdlü Nail Kənan oğlu Eyvazov minik avtomobili tərəfindən vurularaq müxtəlif dərəcəli bədən xəsarətləriylə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Piyadaların vəziyyətlərinin orta-ağır olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov