Zaqatalada ər arvadını qətlə yetirib.
DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, şəhər sakini Firəngiz Yusifovanın yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.
Araşdırma aparılır.
***
Zaqatala rayon prokurorluğundan bildirilib ki, 1989-cu il təvəllüdlü Firəngiz Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.
Fakta görə cinayət işi başlanıb, istintaq davam edir.