Zaqatala rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Göyəm kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər