Zaqatalada ev yandı

zaqatalada-ev-yandi
Oxunma sayı: 1169

Zaqatala rayonunun Muxax kəndində evdə yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 70 kvadrat metr olan birmərtəbəli, üçotaqlı evin iki otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 40 kvadrat metr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.