Zaqatalada eyni restoran 2-ci dəfə yandı

zaqatalada-eyni-restoran-2-ci-defe-yandi
Oxunma sayı: 1788

Zaqatalada yanğın hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, insident rayonun "Görüş" restoranında qeydə alınıb.

Belə ki, şəhərin "Köhnə Avtovağzal" adlanan ərazisində Əliyeva Ayna Əhməd qızına məxsus restoran  yanıb. Hadisə yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndurən texnikası və canlı qüvvəsı cəlb olunub.

Yanğın zamanı restoranın bir hissəsi yanıb.

Qeyd edək ki, "Görüş" restoranı 8 ay ərzində ikinci dəfədir ki, yanır. Birinci yanğın mart ayında olub.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov