Zaqatalada 17 yaşlı oğlan həmkəndlisini bıçaqlayaraq öldürüb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Mosul kənd ərazisində baş verib.
Belə ki, Mosul kənd sakinləri olan 17 yaşlı Ə.Ə.18 yaşlı İlyas Teymur oğlu İlyasov arasında dava düşüb. Dava zamanı Ə.Ə. üzərində olan bıçaqla İlyas İlyasovu bıçaqlayıb. Ağır bıçaq xəsarətləri alan İlyasov hadisə yerində ölüb. Meyit müayinə edilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli sayılan Ə.Ə. 11-ci sinif şagirdidir. Qətlə yetirilən İ.İlyasov isə Gürcüstan Respublikasındakı ali təhsil ocaqlarından birinin birinci kursunda təhsil alırmış.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər