Zaqatalada iki nəfəri it dişlədi

zaqatalada-iki-neferi-it-disledi
Oxunma sayı: 1324

Zaqatalada iki nəfəri it dişləyib.

“Qafqazinfo”nun məlumatına görə, bu gün rayonun Yuxarı Tala kənd sakini 2016-cı il təvəllüdlü Əhməd Seyran oğlu Əhmədzadə və  Makov kənd sakini 1985-ci il təvəllüdlü Dilbər Ramazan qızı Əliyeva it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Mübariz Muradov