Zaqatalada itkin düşən turistlər kimlərdir? - Yenilənib

zaqatalada-itkin-dusen-turistler-kimlerdir
Oxunma sayı: 6214

Zaqatalada itkin düşən 2 nəfərin yeri müəyyən edilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Qafqazinfo"ya bildirib ki, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.

Hazırda onların təxliyyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

***

FHN-dən də bildirilib ki, Qəbizdərə kəndi yaxınlığında dağlıq ərazidə yolu azaraq itkin düşən yerli turistlərin yeri müəyyən edilib və hazırda onların çətin keçidli meşə massivindən təxliyəsi həyata keçirilir.

***

Zaqatalada itkin düşən turistlərin kimliyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, onlar - Bakı şəhər sakinləri Əli Əlizadə və Əbdül Rzayevdir.

Turistlərin yeri müəyyən edilib, hazırda təxliyyə işləri aparılır.