Zaqatalada kirpi ovçuları saxlanıldı - Foto

zaqatalada-kirpi-ovculari-saxlanildi
Oxunma sayı: 3371

Zaqatalada qanunsuz ov edən şəxslər aşkarlanıb.

DİNin Mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, ov üçün nəzərdə tutulmayan yerdə kirpi ovlayan Yevlax rayon  sakinləri Elçin Nadirov, Elşən Əliyev və Hüseyn Hüseynov saxlanılıblar.

Onlardan kəsib satmaq məqsədilə ovladıqları çox sayda kirpi və digər sübutlar götürülüb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.