Zaqatalada külək ağacları elektrik xətlərinin üzərinə aşırdı

zaqatalada-kulek-agaclari-elektrik-xetlerinin-uzerine-asirdi
Oxunma sayı: 1758

Güclü külək Zaqatalada fəsadlar törədib.

“Qafqazinfo”nun məlumatına görə, axşam saatlarından başlayaraq Balakən və Zaqatala rayonlarında hava şəraitinin kəskin dəyişməsi və güclü küləyin olması səbəbindən Zaqatala şəhəri və rayonun bir sıra yaşayış məntəqələrində ağaclar elektrik xətlərinin  üzərinə aşıb.

Rayonun Makov kəndi ərazisində bir neçə elektrik dirəyinin aşması nəticəsində bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda müvafiq qurumlar ərazilərdə qırılmış elektrik naqillərinin bərpa edilməsi istiqamətində işlər aparır.

Mübariz Muradov