Zaqatalada maşın beton maneəyə çırpıldı, sürücü öldü

zaqatalada-masin-beton-maneeye-cirpildi-surucu-oldu
Oxunma sayı: 1771

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.

"Qafqazinfo" nun məlumatına görə, hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1987-ci il təvəllüdlü Camal Əfəndi oğlu İsmayılov idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili beton maneəyə çırpıb. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan C. İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Mübariz Muradov