Zaqatalada meşəlik ərazidə yanğın

zaqatalada-meselik-erazide-yangin
Oxunma sayı: 1761

Zaqatalada meşəlik ərazidə yanğın olub.

"Qafqazinfo"nun məlumatına görə, bu gün günorta saatlarında rayonun Lahıc kənd  ərazisində, kənd bələdiyyəsinə məxsus meşə sahəsində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları, şəxsi heyətləri və yerli sakinlər cəlb edilib.

Yanğın nəticəsində meşəlik sahənin 2 hektar ərazisində kol-kos, quru ot, xəzəl, qurumuş ağaclar və budaqları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşırma aparılır.

Mübariz Muradov