Zaqatalada mikroavtobusla avtomobil toqquşdu - Xəsarət alanlar var+Foto

zaqatalada-mikroavtobusla-avtomobil-toqqusdu
Oxunma sayı: 1757

Zaqatalada mikroavtobus ilə minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun  məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Mersedes-Vito” markalı mikroavtobusla minik avtomobili toqquşub və nəticəsində üç nəfər rayon sakinləri aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov