Zaqatalada yanğın qeydə alınıb.
“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi məlumata görə, rayonun Aşağı Tala kəndində “Opel” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər