Zaqatalada sərxoş piyadanı maşın vurdu - Vəziyyəti ağırdı

zaqatalada-serxos-piyadani-masin-vurdu
Oxunma sayı: 1783

Zaqatalada sərxoş piyadanı maşın vurub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün Zaqatala şəhər ərazisində baş verib.

Belə ki, Dağlı kənd sakini 1994-cü il təvəllüdlü Kazımov Ruslan Hüseyn oğlunu “VAZ-21099” markalı minik avtomobili vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin  ağır oldugu bildirilib.

Yaralının  hadisə baş verən zaman sərxoş olduğu deyilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.