Zaqatalada Türkiyə vətəndaşı olan sürücü qəzada öldü - Yenilənib

zaqatalada-turkiye-vetendasi-olan-surucu-qezada-oldu
Oxunma sayı: 2205

Zaqatalada “TIR” sürücüsünü maşın vurub öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, yolda bir kişi minik avtomobili tərəfindən vurulub və ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Hədisə zamanı ölən şəxsin “TIR”  sürücüsü olduğu bildirilir. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Ölən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir. 

Mübariz Muradov