Zaqatalada tütün sahələri 67 hektar genişləndirilib

zaqatalada-tutun-saheleri-67-hektar-genislendirilib
Oxunma sayı: 935


“Qafqazinfo”nun məlumatına görə, bu il zaqatalalı fermerlər 503 hektar sahədə ətirli tütün yetişdiriblər. Tütün sahələri əvvəlki ilə nisbətən 67 hektar genişləndirilib.

Hazırda rayonun təsərrüfatlarında tütün yığımı davam edir. Yığılmış yaş tütün qurudulmaq üçün “İnter Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı müəssisəsinə təhvil verilir. Yaş tütün müəssisədə Bolqarıstanın “Ronis” şirkətinə məxsus odla tütünqurutma kameralarında qurudulduqdan sonra emal müəssisələrinə göndərilir.

Müəssisədən verilən məlumata görə, indiyədək rayonda 250 tona yaxın quru tütün istehsal edilib.