Zaqatalada yanğın olub

zaqatalada-yangin-olub
Oxunma sayı: 1119

Zaqatala rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, rayonun Lahıc kəndində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1,2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.