Zaqatala rayonunda zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələnin maqnitudası 3.7 olub.
Yeraltı təkan 10 km dərinlikdə baş verib.
Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Son xəbərlər
Son Xəbərlər