Zaqataladan Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.
İdarəetmədən çıxan “Mercedes” markalı mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə mikrovatobusun sürücüsü, Zaqatala rayonunun Qanqax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev hadisə yerində ölüb.
Xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri, 54 yaşlı Rəhilə Mikayılova orada ölüb.
Məlumata görə, yaralanan iki azyaşlı - 2017-ci il təvəllüdlü Həmzəyeva Əsmanur və 2014-cü il təvəllüdlü Həmzəyeva Əlifnur reanimasiya şöbəsinə yerləşdiriliblər.
Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.
***
Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, yaralananlar Mingəçevir və Zaqatala rayon sakinləri olub.
Hazırda bir nəfər reanimasiyadadır. Qəza nəticəsində yaralanan ana və azyaşlı qızları Bakıya göndərilib. Uşaqların ikisi də kəllə-beyin travması alıb, birinin vəziyyəti ağırdır.
Digər yüngül xəsarət alanlar isə evə göndərilib.
Son xəbərlər
Son Xəbərlər