Zaqatalaya təbii qazın verilişi dayandırılıb.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayona verən təbii qaz saat 14.30 radələrindən kəsilib.
Zaqatala Qaz İstismarı İdarəsindən bildirilib ki, buna 325 mm-lik magistral qaz kəmərində baş verən sızma səbəb olub.
Hazırda təmir işlərinə başlanıb. Təmir işləri başa çatandan sonra rayona təbii qazın verilişi bərpa ediləcək.
***
Zaqatala Qaz İstismarı İdarəsindən bildirilib ki, magistral qaz kəmərində baş verən sızma aradan qaldırılıb və rayona qazın verilişi bərpa edilib.
Son xəbərlər
Son Xəbərlər