Zarina şou-bizneslə vidalaşdı

zarina-sou-biznesle-vidalasdi
Oxunma sayı: 8135


“Qafqazinfo”ya daxil olan məlumata görə, müğənni  dəvət edilən bütün tədbir və el şənliklərindən imtina edib. 

Məsələ ilə bağlı müğənninin prodüseri Təranə Səmədova ilə əlaqə saxladıq. Prodüser xəbəri nə təsdiq, nə də təkzib edib.

“Zarina İstanbuldadır. Yaradıcılığı ilə bağlı işləri müvəqqəti dondurmuşuq. İstanbuldan qayıtdıqdan sonra iş fəaliyyətini davam etdirmək istəsə, yenidən birlikdə çalışacağıq”.

27 Sentyabr Yaşıl Teatrda Sərdar Ortaçla birgə konsert  verəcək müğənninin çıxşdan imtina edəcəyi barədə iddialara, konsertin təşkilatçısı Nahid Emiloğlu aydınlıq gətirib.

“Konsertdə iştirak edəcək. Tədbirlərdən imtina etməsi barədə özü daha yaxşı bilər. Mənim konsertimin anonsu getdiyi üçün konsertdə iştirak etməlidi. Etməsə də canı sağ olsun. Konsertdə olmağını çox istəyirəm, çünki buna laiqdir”