Zaur Hüseynovun təklifi ilə qatarlar bu rəngdə oldu- - Fotolar

zaur-huseynovun-teklifi-ile-qatarlar-bu-rengde-oldu-
Oxunma sayı: 3218


“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, bu günlərdə daha bir qatar Gürcüstan paytaxtında iki ay ərzində büsbütün təzələnərək, “Nərimanov” elektrik deposuna gətirilib. “Metrovaqonmaş”ın 1992-ci il istehsallı baş vaqon nömrəsi 0288-0289 olan qatar son sazlama, yoxlama və sınaq işlərindən sonra fevralın 16-da tam müasirləşmiş görkəmi ilə xəttə çıxarılıb. Dekabr ayında gətirilmiş qatarlar isə, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun təklifinə əsasən, açıq çalarlı boyalarla rənglənib. Açıq boz, süd rənginə uyğun hər vaqonun üzərində metropolitenin yeni loqotipi maraqlı dizaynda həkk olunub. Ən əsası, bu vaqonlar ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının emblemini də əks etdirməklə bu böyük idman, eyni zamanda, ictimai-mədəni hadisəyə metropolitenin verdiyi dəstəyi, yarışların önəmini bir daha vurğulayır və təbliğatın bir parçasına çevrilir. “Şevrole” (“Chevrolet”) zavodunda istehsal olunmuş və daxili qoruyucu təbəqə sayəsində həm isti, həm də soyuq hava şəraitinə asanlıqla uyğunlaşan ikiqat ön şüşələr etibarlı və təhlükəsizdir. Vaqondakı sərnişinlərin stansiyada dayanmış qatarın uğultuya bənzər kiçik səs-küydən qurtulduğunu da hiss edirlər – bu vaqon mühərrikində tətbiq edilmiş yeniliklərin kiçik bir nümunəsidir. Modernləşdirilməklə əsaslı təmir edilmiş qatarların xətlərdə özünü tam doğrultmasını nəzərə alaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi bu prosesi davam etdirmək qərarını verib. Cəmiyyətin sədri Zaur Hüseynovun əmrinə əsasən, baş vaqonları (8857-8858 nömrəli) 1988-ci, aralıq vaqonları isə (0555-0556-0557 nömrəli) 1989-cu ilin istehsalı olan qatar da Tbilisi Elektrik Qatarlarının Təmiri Zavodunda əsaslı təmir edilərək, modernləşdiriləcək. Hazırda “Nərimanov” elektrik deposunda qatarın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.